CƏMİYYƏT


Göyçay rayonunda mağazada quldurluq edən şəxs tutulub

Bakı, 6 oktyabr, AZƏRTAC

Göyçay şəhəri ərazisində yerləşən mağazaların birində quldurluq hadisəsi baş verib.

Maskalı şəxs obyektə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, kassada olan 500 manat məbləğində pulu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər icra edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.