CƏMİYYƏT


Göyçay rayonunda tanışını qəsdən öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlanıb

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Vüsal Məmmədovun Göyçay rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.

Göyçay Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Vüsal Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.