REGİONLAR


Göyçay taekvondoçuları 15 qızıl, 8 gümüş və 9 bürünc medalla yarışın qalibi olublar

Göyçay, 7 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və Göyçay Taekvondo Məktəbinin təşkilatçılığı ilə Göyçay Olimpiya İdman Kompleksində keçirilən açıq birincilik başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbəri verir ki, uşaq, yeniyetmə və gənclər arasında keçirilən və iki gün davam edən yarışda 10 şəhər və rayondan 170 taekvondoçu iştirak edib.

Göyçay idmançıları açıq birincilikdə 15 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq, ümumi komanda hesabında birinci yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.