CƏMİYYƏT


Göyçay və Şəmkir rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 6 dekabr, AZƏRTAC

Göyçay və Şəmkir rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 4-də saat 11 radələrində Göyçay şəhərinin Natəvan küçəsində İsmayıllı rayon sakini A.Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Əhmədovu vurulub. Hadisə nəticəsində piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şəmkir rayonunun Çənlibel kəndi ərazisində Bakı şəhər sakini Eşqin Abbasov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Hadisə nəticəsində xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.