REGİONLAR


Göyçay: xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi ixrac olunub

Göyçay, 4 fevral, AZƏRTAC 

Göyçay rayonunda hazırda 6040 hektar meyvə bağı var. Bunun 3740 hektarı nar, 1470 hektarı xurma, qalanı isə heyva, alça, armud, gavalı və digər meyvə bağlarıdır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda meyvə bağlarına üzvi və mineral gübrələr verilərək ağacların dibi bellənir, budama işləri görülərək pestisidlərlə dərmanlama aparılır. Bu işlər Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilir. Bağlara qulluq işləri hər yerdə, xüsusilə daha çox nar bağları olan Bığır, Alxasava, Qarabaqqal, Mirzəhüseynli, geniş xurma bağları olan Cəyirli, Potu, Çayarxı, Qızılağac və digər ərazi vahidlərində daha mütəşəkkil və keyfiyyətlə görülür.

Qeyd edək ki, bağçılıq təsərrüfatı Göyçay sakinlərinin əsas məşğuliyyət sahələrindəndir. 2018-ci ildə rayonda 35 min ton nar, 25,5 min ton xurma istehsal olunub. Son illər istehsal edilən məhsulların, xüsusilə nar və xurmanın xeyli hissəsi xarici bazarlara ixrac edilir. Keçən mövsümdəki xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi Rusiya, Ukrayna və digər ölkələrə göndərilib. Göyçay narına ölkəmizdə də tələbat az deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.