REGİONLAR


Göyçayda 11 min hektardan çox sahədə əkin işləri aparılıb

Göyçay, 26 noyabr, AZƏRTAC

Göyçay rayonunda taxıl səpini davam edir və artıq bir sıra ərazilərdə, o cümlədən Alpout, Qaraməryəm, Şəkər, Ləkçıplaq, Bəydövül və sair ərazi vahidlərində bu iş başa çatmaq üzrədir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gələn ilin məhsulu üçün 15 min hektarda payızlıq taxıl əkini nəzərdə tutulub və indiyədək 11370 hektarda səpin işləri aparılıb. Əkilən sahələrin 5850 hektarı buğda, 5520 hektarı isə arpadır. Səpin üçün 45 texnikanın qüvvəsindən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.