REGİONLAR
Göyçayda 4 otaqlı ev yanıb VİDEO
Göyçay, 24 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 14 radələrində rayonun Bığır kənd sakini Hacıyeva Kifayət Şamil qızına məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ev və içərisindəki əşyalar, eləcə də mənzilin qarşısındakı 60 kvadratmetr sahəsi olan talvar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]
Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb
- 19.04.2024 [08:56]