ELM VƏ TƏHSİL


Göyçayda 764 şagird yerlik məktəb əsaslı təmir olunub

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Göyçay rayonu Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, açılış mərasimində nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Göyçay rayon icra başçısının müavini Zivər Zeynalova, Göyçay Rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcəliyev və məktəb direktoru iştirak edib.

Qeyd edilib ki, əsaslı təmir olunmuş məktəb 764 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri də fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.