Göyçayda Abşeron sakininə qarşı soyğunçuluq edilib
AzerTAg.az
Bakı, 12 noyabr, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində iki nəfərin onu bıçaqla hədələyib 120 manat məbləğində pulunu, mobil telefonunu və qol saatını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla hadisənin açıq talama yolu ilə törədildiyi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Xəbərin mətnində orfoqrafik səhv var