REGİONLAR


Göyçayda COVID-19 təhlükəsinə qarşı reydlər davam edir

Göyçay, 29 aprel, AZƏRTAC

Göyçayda fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları ilə birlikdə mobil qruplar tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik reydlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son 3 gün ərzində ictimai iaşə, ticarət, bərbərxana, gözəllik salonları, yas mərasimləri və digər sahələr üzrə 400 baxış keçirilib. Reydlər zamanı 315 nöqsan aşkarlanaraq aidiyyəti şəxslərə xəbərdarlıq edilib. Altı nəfər barəsində protokol tərtib edilərək 600 manat cərimə olunub. 36 yas mərasiminin qarşısı alınıb. Habelə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 106 nəfərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.