Göyçayda “Düşərgə adamı” layihəsi çərçivəsində gənclər üçün təlim keçirilib
AzerTAg.az
Göyçay, 20 iyun, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Aran Dağlıq Klubunun təsisçisi, “Everest” idman klubunun üzvü, təlimçi Seymur Məmmədov gənclər üçün təlim keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Düşərgə adamı” layihəsi çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində təşkil olunan tədbirdə 30 nəfərədək fəal gənc iştirak edib. Təlim zamanı gənclərə təbiətdə, əsasən də dağlarda düzgün hərəkət, davranış qaydaları, istifadə olunan əşyalar, çadırların açılması və yığılması, yataq tulumlarının peşəkarlıqla istifadəsi, yarana biləcək təhlükələrə qarşı görüləcək tədbirlər, habelə ekstremal vəziyyətlərdə görülməli işlər barədə ətraflı bilgilər verilib.
Sonra gənclərə verilən bilgilər praktiki şəkildə tətbiq olunub.
Təlim prosesində gəncləri maraqlandıran suallar cavablandırılıb.




Xəbərin mətnində orfoqrafik səhv var