REGİONLAR


Göyçayda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Göyçay, 17 iyun, AZƏRTAC

İyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində Vətən müharibəsi şəhidi Səməd Sədiyar oğlu Abdullayevin xatirəsi ad günündə uyuduğu kənd qəbiristanlığında ehtiramla anılıb. Anım mərasimində rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin məzarı üstünə çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin qısa, şərəfli həyat yolundan söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Səməd və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Qeyd edək ki, Səməd Sədiyar oğlu Abdullayev 2002–ci il iyunun 17 –də Göyçayın Qaraxıdır kəndində anadan olub. 2020-ci ilin iyununda həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda o da döyüşlərə atılıb, igidliklə vuruşub. Həmin il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə "Vətən uğrunda", “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.