REGİONLAR


Göyçayda Vətən müharibəsində yaralanan bir qrup döyüşçü ilə görüş keçirilib

Göyçay, 5 dekabr, AZƏRTAC

Göyçayda torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan, habelə qismən sağlamlığını itirən bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 30 ildən bəri Ermənistan ordusu tərəfindən işğal edilən torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə, cəmi 44 gün ərzində azad edilməsinin tarixi əhəmiyyəti bir daha diqqətə çatdırılıb. Bu qələbə münasibətilə yaralı əsgərlərimizə, sağlamlığını qismən itirən qazilərimizə təşəkkür edilib. Çıxışlarda bu gün ölkəmizdə şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan danışılıb.

Görüşdə düşmən qüvvələrinə qarşı vuruşlarda yaralanan, habelə qismən sağlamlığını itirən Aqil Şirinov, Dursun Əlili, Teymur Nəcəfov, Sakin Yedigarov və Asif Məmmədov döyüş təəssüratlarından, əsgər yoldaşlarının və zabitlərimizin mərdlik və qətiyyətindən danışıb, onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə yaralılara və sağlamlığını qismən itirən əsgərlərə hədiyyələr verilib.

Sonda hamı şəhidlər xiyabanını ziyarət edib.

Tədbir sosial izolyasiya qaydalarına uyğun olaraq keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.