REGİONLAR


Göyçayda altı ayda 570 daimi iş yeri açılıb

Göyçay, 12 iyul, AZƏRTAC 

Aqrar sektorda aparılan islahatlar, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi kənd təsərrüfatı rayonu olan Göyçayda da əhalinin məşğulluğunun artmasına şərait yaradır. İqtisadiyyatın ayrı-ayrı sahələrində, habelə sosial sferada reallaşdırılan irihəcmli layihələr də yeni iş yerlərinin açılmasına imkan verir. Təsadüfi deyil ki, bölgədə təkcə cari ilin ilk altı ayında 570 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, yarım ildə açılan yeni iş yerlərinin hamısı daimidir. 57 iş yeri yeni yaradılan müəssisələrdədir. Qalanı isə mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır.

Qeyd edək ki, hər il olduğu kimi, cari yarımillikdə də minlərlə göyçaylı təsərrüfatın müxtəlif sahələrində mövsümi əmək fəaliyyətinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.