REGİONLAR


Göyçayda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO

Göyçay, 10 yanvar, AZƏRTAC

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, yol qəzası şəhərin Nizami küçəsində qeydə alınıb. Sürətlə hərəkət edən iki minik avtomobili toqquşduqdan sonra yolun kənarda dayanmış digər iki minik avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobillərdən biri elektrik dirəyini aşıraraq, telefon mağazasını yararsız hala salıb. Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.