REGİONLAR


Göyçayda bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanılıb

Göyçay, 1 may, AZƏRTAC

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub. Buna baxmayaraq o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib. E.Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.

Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.