REGİONLAR
Göyçayda cari mövsümdə 42 min 700 tondan çox taxıl istehsal olunub
Göyçay, 11 iyul, AZƏRTAC
Göyçayda taxıl biçini kampaniyası başa çatıb və zəmilərdən 42 min 744,7 ton buğda və arpa götürülüb.
Rayon kənd təsərrüfatı idarəsindən bununla əlaqədar AZƏRTAC-a verilən məlumatda bildirilir ki, builki mövsümdə istehsal olunan məhsul ötən ildəkindən 1504 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 29 sentner olub ki, bu da əvvəlki ilin göstəricisindən 0,8 sentner artıqdır. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Qaraməryəm, Alxasafa, Ləkçıblaq, Çərəkə və digər bəzi ərazi vahidlərində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.
Qeyd edək ki, Göyçayda bu ilin məhsulu üçün 14 min 739 hektarda payızlıq taxıl əkilmişdi. Əkin sahələri əvvəlki ildəkinə nisbətən 122 hektar artırılmışdı. Biçilən zəmilərin 7 min 409 hektarı arpa, 7 min 330 hektarı isə buğda idi.
Taxılçılar hazırda gələn ilin yüksək məhsulu üçün mühüm aqrotexniki tədbir olan yay şumu çıxarırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]