CƏMİYYƏT
Göyçayda evdə baş verən yanğın nəticəsində bir nəfər ölüb
Bakı, 4 mart, AZƏRTAC
Göyçay rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 90 kvadratmetr sahəsi yanıb. Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]