Göyçayda evdən külli miqdarda pul oğurlanıb
AzerTAg.az
Bakı, 23 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxsləri yaxalayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 8-də Göyçay rayonunun Mırtı kəndindəki evlərin birindən 14,5 min manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
İyulun 22-də Bakı şəhər sakini B.Nərimanbəyliyə məxsus içərisində 700 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov isə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var