REGİONLAR


Göyçayda gənclərdən nümunəvi addım

Göyçay, 1 may, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Təmiz Göyçay" layihəsi reallaşıb. Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində gənc könüllülər və Göyçay gəncləri Göyçay çayı sahillərində təmizlik aksiyası həyata keçiriblər. Aksiya çərçivəsində gənclər çayın məişət tullantıları atılan sahillərini təmizləyib, sahilətrafı ərazilərdə səliqə-sahman işləri görüblər. Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd Göyçay çayı sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, çay ərazilərinin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri çayətrafı mühitin mühafizəsi sahəsində fəaliyyətə cəlb etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.