REGİONLAR
Göyçayda iki ev yanıb VİDEO
Göyçay, 11 aprel, AZƏRTAC
Göyçayda yanğın baş verib və iki ev yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi bu gün şəhərin Həbibi küçəsində yaşayan Zümrüd İsmayılovaya məxsus mənzildə baş verib. Belə ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Alov yaxınlıqda yerləşən Valeh İsmayılova məxsus, ümumi sahəsi 130 kvadratmetr olan 4 otaqlı evə də keçib. Yanğının genişlənməsi çərçivəsində bu evin bir otağı və tavan hissəsi əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə gələn FHN-nin Göyçay və Ucar yanğından mühafizə hissələrinin əməkdaşlarının köməkliyi ilə yanğın söndürülüb və alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı hər iki evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]