REGİONLAR


Göyçayda indiyədək 19 min 822 nəfərə COVID-19 əleyhinə peyvənd vurulub

Göyçay, 8 iyun, AZƏRTAC

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Göyçay rayonunda da vətəndaşların vaksinasiyası davam etdirilir.

Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vətəndaşların peyvəndlənməsi mərhələli şəkildə aparılır və indiyədək 19822 nəfər bu təhlükəli virusa qarşı vaksinasiya olunub. Peyvənd vurulanların 1738 nəfəri yaşı 65-də yuxarı, 9653 nəfəri 50-65 yaş arası, 7431 nəfəri 50 yaşdan aşağı olan sakinlərdir. Rayonda vaksinasiya olunanların 7405 nəfərinə artıq 2-ci doza vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.