REGİONLAR


Göyçayda istixanalarda yetişdirilən məhsulun 70 faizi xarici bazarlara ixrac olunur

Göyçay, 19 sentyabr, AZƏRTAC 

Tərəvəzçiliyin ənənəvi sahə olduğu Göyçayda istixana təsərrüfatlarının ərazisi ildən-ilə genişlənir. Hazırda istixanalar 278 hektar sahəni əhatə edir ki, bunun da 5,35 hektarı ən müasir standartlar səviyyəsində qurulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istixanalarda sakinlər əsasən xiyar və pomidor yetişdirirlər. Təsərrüfatların 29 hektarı xiyar, 249 hektarı isə pomidordur. Ləkçıplaq, Şəkər, Mırtı və bir sıra digər ərazi dairələrində hər il olduğu kimi, bu ildə bol məhsul yetişdirilib. Ümumiyyətlə, cari ilin ötən müddətində bu cür təsərrüfatlarda 2085 ton xiyar, 29491, 6 ton pomidor istehsal olunub. Məhsulun 70 faizi xarici bazarlara, əsasən də Rusiya, Ukraynaya ixrac edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.