REGİONLAR


Göyçayda kartof istehsalı artıb

Göyçay, 23 iyul, AZƏRTAC

Göyçay rayonunda cari mövsümdə 2335,3 ton kartof istehsal olunub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartof istehsalı ötən illə müqayisədə 574,9 ton çox olub. Rayonun əksər ərazilərində, xüsusilə Mollaisaqlı, Qarabaqqal, Ləkçıplaq, Şəhadət və digər ərazi dairələrində torpaq mülkiyyətçiləri daha çox sahədə əkin aparıb, yüksək məhsuldarlığa nail olublar.

Qeyd edək ki, son illər sakinlərin yerli bazarlarda ilboyu böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən kartofçuluğa marağı artmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.