REGİONLAR


Göyçayda keçirilən XIII Nar festivalında 50 mindən çox yerli və xarici turist iştirak edib

Göyçay, 6 noyabr, AZƏRTAC

Noyabrın 3-4-də Göyçayda keçirilən XIII Nar festivalında 50 mindən çox yerli və xarici turist iştirak edib.

AZƏRTAC xəbər verir ki, bunu XIII Nar festivalının yekunlarına həsr olunan mətbuat konfransında rayon İdman və Gənclər İdarəsinin rəisi Elşən Şirinov deyib.

Onun sözlərinə görə, müxtəlif turizm şirkətləri festivalla əlaqədar Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar.

Qeyd edək ki, XIII Nar festivalı Mədəniyyət Nazirliyinin və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.