REGİONLAR
Göyçayda keçirilən voleybol və güləş yarışları başa çatıb
Göyçay, 5 mart, AZƏRTAC
Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybolçu qızların rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Göyçay şəhər 1 nömrəli orta məktəbin idman zalında keçirilən yarışda rayonun 9 orta məktəbinin şagirdləri iştirak ediblər. Üç gün davam edən turnirdə şəhər 5 nömrəli orta məktəbin komandası birinci, 4 nömrəli məktəbin şagirdləri ikinci, 1 nömrəli məktəbin voleybolçuları 3-cü yerə çıxıb.
Gənclər və idman idarəsinin kollektivi yarışda qalib gələn komandanın üzvlərini mükafatlandırıb.
Həmçinin rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə uşaq-gənclər idman məktəblərinin sərbəst və yunan-Roma güləşi üzrə qruplararası yarışı keçirilib. Turnirdə 150-ə yaxın güləşçi iştirak edib və qaliblər mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.12.2023 [21:33]
Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb
- 08.12.2023 [19:14]
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
- 08.12.2023 [17:59]
Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq
- 08.12.2023 [16:49]
Ulu Öndər səhiyyəni cəmiyyətin həyatında ən mühüm sahə kimi qiymətləndirib
- 08.12.2023 [15:48]
GDU-nun tələbələri Göygölün tarixi məkanlarına ekskursiya ediblər
Xəzər dənizində zəlzələ olub
- [22:08]
“Təhsil və zaman” – yeni nəşr
- [17:51]
“Zəfər liqası 2023” sona çatıb
- [17:21]