REGİONLAR


Göyçayda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib

Göyçay, 30 noyabr, AZƏRTAC

Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib və bu istiqamətdə dezinfeksiya işləri də qrafikə uyğun olaraq mütəmadi sürətdə davam etdirilir.

Rayon icra hakimiyyətindən bununla əlaqədar AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşlar tərəfindən karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət məqsədilə reydlər keçirilir, habelə ictimai yaşayış evlərində, küçə və parklarda, əhalinin sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.

Təkcə son iki gündə çoxmərtəbəli yaşayış binalarının dəhlizləri, həyəti, avtovağzal kompleksi, parklar və küçələr, yol kənarları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.