REGİONLAR
Göyçayda kütləvi xurma yığımına başlanılıb
Göyçay, 1 oktyabr, AZƏRTAC
Göyçay rayonunda kütləvi xurma yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il bağlarda bol xurma yetişdirilib. Yerli bazarlarda xurma meyvəsinin 1 kiloqramı növündən və çeşidindən asılı olaraq 0,30-0,60 AZN arasında dəyişir.
Qeyd edək ki, rayonda, ümumilikdə, 1666 hektar xurma bağı var. Bunun 1341 hektarı bar verəndir. Bu il bölgədə daha 16 hektarda bağ salınıb. Xurma bağları demək olar ki, rayonun bütün ərazisini, əsasən də Cəyirli, Potu, Qızılağac, Məlikkənd, Qarabaqqal və Mirzəhüseynli kəndlərini əhatə edir. Ötən il bağlardan 25 min 479 ton məhsul istehsal olunub. Mütəxəssislərin fikrincə, bu il məhsul daha çox olacaq. Hər il olduğu kimi, bu il də məhsulun 90 faizindən çoxu xarici bazarlara göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]