CƏMİYYƏT


Göyçayda meşə fonduna ziyan vuran sex sahibi barəsində akt tərtib olunub

Bakı, 28 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə həcmi 52 kubmetr olan müxtəlifcinsli meşə materialı aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6652 manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.