CƏMİYYƏT


Göyçayda narkotik vasitə becərən keçmiş məhkumlar tutulublar

Bakı, 17 iyun, AZƏRTAC

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Potu kənd sakini Ayaz Ovçiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 11 kiloqramdan artıq olan 12 çətənə kolu aşkarlanıb. Onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə şəhər sakini, əvvəllər məhkum olunmuş İxtiyar Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən üç çətənə bitkisi və çətənə bitkisindən kustar üsulla hazırlanmış 15 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.