CƏMİYYƏT


Göyçayda narkotiklə saxlanılan şəxsin evlərdən oğurluq etdiyi də məlum olub

Bakı, 22 aprel, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı şəhər sakini Rüstəm Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı R.Səfərovdan narkotik vasitə olan heroin aşkar olunub.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində 3 fərdi yaşayış evindən müxtəlif məişət əşyaları, təmir alətləri, avtomobil şinləri, dəmir məhəccərlər, eləcə də nəqliyyat vasitəsinə aid olan digər hissələri oğurladığı məlum olub. O, ifadəsində oğurladığı həmin əşyaları müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.