REGİONLAR


Göyçayda oğurluq edən şəxs saxlanılıb

Göyçay, 28 aprel, AZƏRTAC

Göyçay rayonundakı qurumlardan birinin inzibati binasından elektrik naqilləri və digər elektrik avadanlıqlarının oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluğu etməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər də məhkum olunmuş Adil İsgəndərov saxlanılıb. Onun oğurluq yolu ilə əldə edərək əlvan metal qəbulu məntəqələrinə satdığı naqillər və digər metal avadanlıqlar həmin yerlərdən maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.