REGİONLAR
Göyçayda payız mövsümündə 14 min 900 hektarda əkin aparılacaq
Göyçay, 9 sentyabr, AZƏRTAC
Göyçay rayonunda payızda 14 min 900 hektarda əkin aparılacağı gözlənilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ildəkindən 200 hektar çoxdur. Yay şumu çıxarılan sahələrə əsasən taxıl səpiləcək. Hazırda hər gün sahələrə 30-35 şum traktoru çıxarılır. Artıq 4100 hektardan çox sahədə şum qaldırılıb.
Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qaraməryəm, Çərəkə, Məlikkənd, İncə və bir sıra digər ərazi vahidlərində bu mühüm aqrotexniki tədbir daha mütəşəkkil davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]