CƏMİYYƏT
Göyçayda qohumunun evindən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan yeniyetmə saxlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
Göyçay şəhər sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan yeniyetmə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb və əldə etdiyi pulu əyləncə məqsədilə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.