REGİONLAR


Göyçayda şadlıq sarayının sahibi 4 min manat cərimələnib

Göyçay, 24 iyul, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamalar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Vüqar” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Əzizağa Vəliyev inzibati məsuliyyətə cəlb edilərək 4 min manat məbləğində cərimələnib. Həmçinin, toy sahibi, Göyçay rayon sakini Rəhman Gülüyev barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib edilərək o, 200 manat məbləğində cərimə olunub.

Göyçay rayon sakinləri Məhəmmədəli Süleymanov və İlqar Maqsudova məxsus fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində isə müəyyən edilən say həddindən artıq qonağın iştirakı qeydə alınıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin şəxslər barəsində protokol tərtib olunub və hər biri 200 manat cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.