REGİONLAR
Göyçayda şəhid ailələri və müharibə əlilləri üçün 19 fərdi yaşayış evi tikilib
Göyçay, 5 mart, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da Qarabağ müharibəsində şəhid olanların ailələri və müharibə əlilləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin sosial ehtiyaclarının həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yola saldığımız 2020-ci ildə də xeyli iş görülüb. Belə ki, təkcə rayonun kəndlərində bu kateqoriyadan olan ailələr üçün 19 fərdi yaşayış evi tikilib istifadəyə verilib.
Hazırda istər birinci, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və qazilərin sosial müdafiəyə ehtiyaclarının öyrənilməsi və bu ehtiyacların ödənməsi, eləcə də məşğulluğunun artırılması istiqamətində ardıcıl iş aparılır.