REGİONLAR


Göyçayda taxıl zəmilərinə hər gün 35 kombayn çıxarılır

Göyçay, 16 iyun, AZƏRTAC

Göyçay rayonunda taxıl biçini davam edir və artıq 5774 hektar zəminin məhsulu yığılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 12 min 500 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 6261 hektarı buğda, 6239 hektarı arpadır. İlk günlərdən zəmilərə 35 kombayn çıxarılıb. Artıq 5774 hektar zəminin məhsulu biçilib. Biçilən sahələrin 4657 hektarı arpa, 1117 hektarı isə buğdadır.

Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər yetişdirdikləri bu mühüm stratejı məhsulun vaxtında və itkisiz yığılması üçün ciddi səy göstərirlər. Əksər ərazilərdə, xüsusilə daha çox taxıl əkilən icra nümayəndəliklərində biçin mütəşəkkil davam etdirilir. Rayonda ən çox - 2760 hektar sahədə taxıl yetişdirilən Qaraməryəm ərazi dairəsində artıq 937 hektar sahə biçilib. Habelə, 1000 hektar taxıl sahəsi olan Bığır ərazi dairəsində 410 hektar, 725 hektar sahəsi olan Şəkər ərazi dairəsində 315 hektar zəminin məhsulu yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.