REGİONLAR
Göyçayda tənha ahıl sakinlərə zəruri ərzaq məhsulları paylanıb
Göyçay, 5 aprel, AZƏRTAC
Göyçay rayonunda koronavirus (COVID-19) təhlükəsi ilə bağlı xüsusi karantin rejimi şəraitində tibbi-profilaktik, dezinfeksiya işləri, əhalinin maarifləndirilməsi, tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar ardıcıl tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 4-də rayon mərkəzi ilə yanaşı, Çərəkə, Şəhadət, Qarabaqqal, Ləkçılpaq və Qaraməryəm yaşayış məntəqələrinin inzibati binalarında, əhalinin daha çox hərəkətdə olduğu küçələrdə dezinfeksiya işləri aparılıb, habelə tənha ahıl sakinlər zəruri ərzaq məhsulları və tibbi preparatlarla təmin olunublar.
Məlumatda o da bildirilib ki, mobil qruplar əhalinin daha çox hərəkətdə olduğu küçələrdə, sıx toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparıb, karantin şəraitində mövcud qaydalara riayət etmələrinin zəruriliyi izah olunub. Habelə karantin şərtlərini pozanlar cərimələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]