CƏMİYYƏT


Göyçayda toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb

Bakı, 25 iyul, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Mətləb Səlimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Mətləb Səlimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.