İDMAN


Göyçayda uşu idman növü üzrə ölkə birinciliyi keçiriləcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 12-14-də Göyçay Olimpiya İdman Kompleksində uşu idman növü üzrə Azərbaycan birinciliyi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çinda və vin çun versiyaları üzrə baş tutacaq yarışda 200-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Çinda yarışları 3, vin çun yarışları isə 1 yaş kateqoriyası üzrə təşkil olunacaq.

Birincilik Avropa Uşu Federasiyasının qaydalarına əsasən keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.