REGİONLAR


Göyçayda xurma yığımına başlanıb

Göyçay, 12 oktyabr, AZƏRTAC

Göyçay rayonunda bağbanlar kütləvi xurma yığımına başlayıblar. Yığılan məhsul ilk günlərdən yerli bazarlara çıxarılır, habelə Rusiya və Ukraynaya ixrac olunur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Göyçayda 1965 hektar xurma bağı var və cari ildə bağlarda bol məhsul yetişdirilib. Az vaxtda 2100 ton məhsul yığılıb və rayonun bütün ərazilərində, xüsusilə daha çox xurma bağları olan Cəyirli, Qızılağac, Potu, Qarabaqqal, Məlikkənd və bir sıra digər icra nümayəndəliklərində yığım ilk günlərdən sürətlə davam etdirilir.

Qeyd edək ki, cari ildə rayonda 30 min ton xurma istehsalı gözlənilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.