Göyçayda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
AzerTAg.az
Bakı, 28 noyabr, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz tərk edən və ətrafdakı şəxslərə də virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.
Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal yaşadığı ünvana geri qaytarılıb.
N.Babaşov barəsində Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində təhqiqat aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var