REGİONLAR


Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Göyçay, 15 sentyabr, AZƏRTAC

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Bığır kənd sakini Elvin Həmidovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarıb.

E.Həmidov barəsində Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.