REGİONLAR


Göyçayın Alpout kəndində yeni uşaq bağçası istifadəyə verilib

Göyçay, 2 yanvar, AZƏRTAC

Göyçay rayonunun Alpout kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir memarlıq üslubunda tikilən körpələr evi-uşaq bağçası 40 yerlikdir. Binada 2 oyun və 1 yataq otağı, mətbəx və digər yardımçı otaqlar vardır. Bütün otaqlar, habelə dəhliz lazımi avadanlıqla təchiz olunub. Həyətdə çardaq qurulub.

Körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində kənd sakinlərinə ikiqat sevinc yaşadıb.

Rayon rəhbərliyinin də qatıldığı mərasimdə çıxış edənlər ölkəmizin inkişafı, ucqar yaşayış məntəqələrində həyata keçirilən sosial layihələrə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.