REGİONLAR


Göyçayın istixana təsərrüfatlarında məhsul yığımı davam edir

Göyçay, 22 iyul, AZƏRTAC

Göyçayın istixana təsərrüfatlarında cari ilin ötən müddətində 20 min 612 ton məhsul istehsal olunub və hazırda yığım davam edir.

Rayon icra hakimiyyətindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Göyçayda 5550 istixana təsərrüfatı var. Bu təsərrüfatlarda 277,5 hektar sahədə əkin aparılır. Sahibkarlar əsasən pomidor və xiyar yetişdirirlər. 2021-ci ilin ötən müddətində 255,4 hektar pomidor sahəsindən 19 min 200 ton, 22,1 hektar xiyar sahəsində isə 1412 ton məhsul götürülüb.

Rayonun əksər bölgələrində, xüsusilə Şəkər, Ləkçıplaq, Mırtı və bir sıra digər ərazi icra nümayəndəliyində fermerlər və fiziki şəxslər bol məhsul yetişdiriblər. İndiyədək istehsal olunan məhsulun təqribən 10 faizi Rusiya, Ukrayna bazarlarına göndərilib. Qalan hissəsi isə yerli bazarlara çıxarılır. Hazırda bölgədə pomidor və xiyarın topdansatış qiyməti 15-30 qəpikdir. Bəzən qiymətlər 10-20 qəpiyədək enir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.