REGİONLAR


Göyçayın rayon mərkəzində, eləcə də kəndlərdə dezinfeksiya işləri aparılır

Göyçay, 1 aprel, AZƏRTAC

Göyçayda koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, təkcə son bir gündə 4 yaşayış, 16 inzibati binada, 50-dən çox sahibkarlıq obyektində dezinfeksiya işləri aparılıb. Rayon gigiyena və epidemiologiya mərkəzinin 2-3 nəfərlik qruplara ayrılan təcrübəli dezinfektorları insanların daha çox hərəkətdə olduqları giriş və çıxışlara, qapalı yerlərə, ətraf ərazilərə xüsusi hazırlanan maddə çiləyirlər.

Qeyd edək ki, kənd yaşayış məntəqələrində də qrafik üzrə dezinfeksiya işləri davam etdirilir. Son günlər Cəyirli, Aşağı Qaraməryəm, Ərəbcəbirli, Bəydövül kəndlərində də inzibati binalar, sakinlərin daha çox toplaşdıqları və hərəkətdə olduqları yerlər dezinfeksiya olunub.

Yerlərdə sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara karantin rejiminə əməl etməyin zəruriliyi izah olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.