CƏMİYYƏT


“Göyçə : itirilmiş ocaq” sənədli filmi istehsal edilib

Bakı, 29 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi tərəfindən "Göyçə : itirilmiş ocaq" sənədli filmi istehsal edilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, film aprelin 30-da saat 21:00–da Azərbaycan Televiziyasında nümayiş olunacaq.

Filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhumuzun qidası olan ozan – aşıq sənətini bizə xatırladan, igid insanları, qonaqsevərliyi ilə seçilən və Azərbaycan mədəniyyətinin və tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı – Göyçədən bəhs edilir. Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.