DÜNYA


Göyərtəsində Hindistan ordusu rəhbərliyinin olduğu helikopter qəzaya uğrayıb

Pekin, 8 dekabr, AZƏRTAC

Hindistan ordusunun müdafiə qərargahının rəisi, general Bipin Ravatın və ailə üzvlərinin, yüksək rütbəli digər hərbçilərin olduqları hərbi helikopter Tamilnadu ştatında qəzaya uğrayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Sulur hərbi bazasından Velinqton şəhərinə doğru uçan Rusiya istehsalı olan “Mi-17V5” helikopterin göyərtəsində 14 nəfər olub. Helikopter uçuşa başlayandan bir qədər sonra - yerli vaxtla günorta saat 12:00 radələrində Kunur rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 11 nəfər həlak olub. Hadisə yerinə dərhal xilasedicilər cəlb edilib.

Bildirilir ki, qəza yerində 3 nəfər yaralı vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti barədə məlumat verilməyib. Hazırda ərazidə axtarış işləri aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.