DÜNYA
Göyərtəsində bomba olması barədə məlumat daxil olan təyyarə Sinqapur aeroportuna enib
Tokio, 26 mart, AZƏRTAC
Martın 26-da göyərtəsində partlayıcı qurğu olması barədə məlumatın daxil olduğu “Singapore Airlines” şirkətinə məxsus təyyarə Sinqapur hərbi-hava qüvvələrinin iki qırıcısının müşayiəti ilə “Çanqi” aeroportuna enib.
AZƏRTAC “The Straits Times” nəşrinə istinadla xəbər verir ki, Mumabaydan gələn “Boeing 777-300ER” təyyarəsinin göyərtəsində 263 sərnişin olub.
Təyyarə endikdən sonra uşaqlı qadın yoxlamanın davam etdirilməsi üçün saxlanılıb, qalan sərnişinlər isə əlavə yoxlamadan sonra sərbəst buraxılıb.
Bildirilir ki, göyərtədə partladıcı qurğunun olması barədə məlumat təyyarə havaya qalxdıqdan dərhal sonra daxil olub. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
İlkin məlumatlara görə, göyərtədə partladıcı qurğunun olması barədə məlumatın yalan olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]