DÜNYA
Göyərtəsində rəsmilərin olduğu Fransa təyyarəsi Tokioda qəza enişi edib
Tokio, 21 oktyabr, AZƏRTAC
İmperatorun taxta çıxma mərasimində iştirak etmək üçün Yaponiyaya gələn və göyərtəsində rəsmi nümayəndələrin də olduğu “Air France” şirkətinə məxsus sərnişin təyyarəsi “Haneda” aeroportuna qəza enişi edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, oktyabrın 21-də səhər saatlarında Tokioya çatan təyyarənin eniş zamanı şassiləri boşalıb.
Lakin buna baxmayaraq, təyyarə enişdən sonra dayanacağadək hərəkət edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək taxta çıxma mərasimində 175 ölkədən iki minədək rəsmi nümayəndənin iştirakı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]